Özümüzü Vaz 2107-dəki “düşük” avtoşlardan güclə qoruyurduq ki, indi də şəhərdə el arasında “pul” maşınları kimi tanınan inkassatorlar tüğyan edir.
Necə gəldi maşın sürmək, kobudluq, boş yer var — “bas getsin” prinsipi və heç bir qaydaya məhəl qoyulmadan idarə olunan inkasator avtomobillər bir çox halda qayda pozuntularınada yol verirlər — dəfələrlə onların qırmızı işıqdan keçdiyinin, digər maşınları sıxdıqlarının, hətta onlara yol vermədikdə təhqirə yol verdiklərinin şahidi olmuşam. Adətən heç bir fərq nişanı (bank adı, məsələn) olmayan bu inkassatorların hansı banka aidiyyatı olduğunu bilmək olmur.

Mənə maraqlıdı, ümumiyyətlə qanunvericiliyə görə inkassator maşınların bu kimi qanundan kənar hərəkətlərə yol verilməsinə icazə var, yoxsa yasaqlanır?! Məsələn, bəzi hallarda dövlət əhəmiyyətli idarələrin xidməti avtomobillərinə qanunu boşa vermək icazəlidir. Bəs inkassatorlar?! İnterneti, qanunvericiliyimizi axtarıb ələk-vələk etsəmdə, inkassatorlara dair bir şey tapmadım. Ümumilikdə əgər inkassatorlar fərdi bankalara məxsusdursa, deməli hökumətə heç bir aidiyyatı yoxdur və onların etdiyi bu kobudluq əslində qanun pozuntusudur. Bu mənim fikrimdir. Düzünü bilən varsa, buyursun.
Sual — İnkassatorların yollarda hərəkəti, onların yol qaydalarına tabeçiliyi hansı qanun və yaxud qayda ilə tənzimlənir?
Məsələ mənim üçün hələdə açıq qalır.








Mən sağlam müzakirələr istədim — istifadəçilər başladılar “QAİ”ni söyüb, dövlət əleyhinə şüarlar səsləndirməyə… Bir daha xəbərdarlıq edirəm, bu tip rəy və yazılar həmən pozulacaq.
Gəlin sağlam müzakirələr aparaq!
inkassatorlar bizim kimi yol qaydalarına tabe olmalıdırlar. məncə bəzi özəl xidməti avtomobillərin arxa hissəsinə “sürücü təhlükəli sürərsə xxx-xx-xx nömrəsinə bildirin” yazısı olmalıdır.
salam gardash. bir az da avtobuslardan yaz . inkasatorlar onlara baxanda hem azdir hem de toya gedmeli. avtobus shoferlerine umumiyyetle hele gelir ki onlar negliyyat deyil nese tam bashga bir sheydir yeni ki onlara ne yol hereketi gaydalarinin umumiyyetle dexli yoxdur.