Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Müəllif özü haqda ↓

Özüm barədə nə yazım? Heç bilmirəm. =)

29 yaşım var. Deyəsən artıq qocalıram. Həyatın belə tez gəlib gedəcəyini heç təxmin belə etmirdim... Həyat bir göz qırpımında ötüb-keçir.

Bir çox xarici və yerli şirkətlərdə çalışmışam. İnternetə 2000-ci ildən gəlmişəm. Sayt qurma, dizayn işinə böyük marağım olub (hərçənd ixtisasça maliyyəçiyəm). Elə ona görə də 2002-ci ildə Azərbaycanın ilk saytlarından biri — Azerinext.com-u (hal-hazırda Fox.AZ adı altında fəaliyyət göstərir) yaratdım. Sayt vasitəsilə sayt-qurma prosesini, İnternet texnologiyaları, dizayn işini təcrübədən keçirib, öyrənmişəm. Azerinext-dən sonra yeni layihələrə imza atmışam. Əvvəlcə hər bir cavan kimi əyləncə saytlarına daha çox üstünlük verirdim, amma vaxt ötdükcə dəyərlər dəyişir və artıq işlək əyləncə layihələri özümdən kiçik dost-qardaşlara tapşırmalı oldum.

Hal-hazırda Şükürzadə Studiyasının həmtəsisçisiyəm. Çoxsaylı İnternet və mobil layihələrimizlə məşğulam. Məşğulam, məşğulam, məşğulam... Vaxt azlığından dostlarla da görüşməyə macal tapmıram.

Həyatın mənasını yaxınlarıma sevinc bəxş edib, qayğı göstərib, etibarlı dost, insan olub və çoxlu işləməkdə, inkişaf etməkdə görürəm.

Bloqu isə açmaqda məqsədim öz dünyagörüşümlə Sizlərlə bölüşüb, intellektual gənclərin fikirlərini öyrənməkdir.

Bloq açılandan məndən ən çox soruşulan suallar:

  • Kompüterin hansındandır?
  • 3 şəxsi kompüterim var. Parametrləri açıb tökməyəcəm, amma mənə kifayət edir.. ;)

  • Müxalifətçisən?
  • Yox. Müstəqiləm (bitərəfəm və s.). Həm müxalifətin, həm də iqtidarın qüsurları ola bilər, amma mən hər ikisinə müsbət prizmadan yanaşıram. Hər birimiz Azərbaycan övladıyıq.

  • Sən farssan? Yox? Onda niyə soyadının sonunda ZADƏ şəkilçisi var?
  • Əvvala onu qeyd edim ki, ZADƏ sonluğu Cənubi Azərbaycanda daha çox yayılıb və farslara heç bir aidiyyatı yoxdur. Mən Cənubi Azərbaycan türküyəm. Əslimiz isə Ərdəbildəndir.

  • PC yoxsa MAC?
  • Outlook yoxsa Gmail? Mercedes yoxsa BMW? Chrome yoxsa Firefox? Cavabsız suallardır. Hər birinin öz yeri var.

  • Səncə Atatürk diktatordur yoxsa qəhrəman?
  • Bu onun əməllərinə hansı prizmadan baxılmasından asılıdır. Vətən naminə atılmış sərt addımlar bəzən opponentlər tərəfindən "diktatorluq" kimi qələmə verilə bilər.

  • Sən texniki adamsan, yazıları doğrudan özün yazırsan?!
  • Bəli. Bloqda yer alan bütün yazıları özüm yazıram. Əslində mənim texniki aləmdən anlayışım olsa da, özümü "texniki adam" hesab etmirəm.

  • Hərdən yazılarında yaman çoxlu qramatik səhvlər buraxırsan, deyəsən məktəbdə "dvoeçnik" olmusan.
  • Xeyr. Məktəbi əla qiymətlərlə bitirmişəm (elə univeri də). Sadəcə rus sektorunun yetirməsi olduğumdan Azərbaycanca yazılarımda hərdən qramatik səhvlərə yol verirəm, onun da son vaxtlar öhdəsindən gəlməyə başlamışam.

  • Hansı dilləri bilirsən? Xarici şirkətlərdə çalışdıqda hansı dildən istifadə edirdin? Hansı dildə olan resurslardan istifadə edirsən?
  • Normal bildiyim iki dil var — indi yazdığım ana dilim, bir də rus. İngilis dilini də əvvəllər çox gözəl bilirdim, amma intensiv işlətmədiyimdən yadımdan çıxır. Bizim xarici şirkətlərdə yazılmamış qayda var — "bomba və müasir" işçi olmaq üçün gərək ofisdə rus dilində danışasan. Amma mən buna qarşı olmuşam. O ki qaldı resurslara — adət üzrə rus və ingilis resurslarından daha çox istifadə edirəm.

  • İşləmək üçün kompüter almaq istəyirəm, nə məsləhət bilirsən?
  • Pentium 4. :D İş həcmini bilmədiyimdən heç bir məsləhət verə bilmərəm. Ürəyin hansını istədi, onu da al.

  • Qara yoxsa yaşıl çay?!
  • Qara + biraz yaşıl əlavəli çay.

  • Fikrincə ən yaxşı brend hansıdır?
  • Baxır bu brend hansı seqmentə aiddir. Çox güman ki, sualda texnoloji aləm nəzərdə tutulur. Burada da kifayyət qədər çox etibarlı brendlər var. Öz seqmentlərinin liderləri kimi Sony, İntel, HP, Canon, nVidia, Apple, Google, Microsoft və son zamanlar Samsung-u qeyd edə bilərəm. Siyahı çox da ola bilərdi, amma yadıma düşən bunlar idi. =)

  • Müsəlmansan?
  • İnşallah müsəlmanam.
Qısa sualarınıza qısa cavab almaq üçün bu ünvana üz tutun: parwin@shukurzade.com