Nehayyet ki, vaxt tapib telefon üçün WordPress App-ını yükledim. İnden bele qısa “bloqerski” yazılar yazacam, cünki komp qarşısında iş ucbatından yazmağa vaxt qalmır.
App-da bütün funksiyalar eladı, amma bir meyyus edici çatışmamazlıq var, o da Azerbaycan herflerinin tam desteklenmemesidir.
Kimi görürem suallayır – bloqun daşını niye atdın? Cavablayıram – hem biraz baş qatışıqdır – çatdırmıram, hem de inqilabları gözleyirem. Amma deyesen inqilablar da yaxınlaşır ha. =)
2 həftədən çoxdur ki, bloqa vaxt ayırmağa vaxt olmadı. Səbəblər bir neçədi — əsası — bədlik tutub məni, ya dırnağım əzilir, ya da əlimə dəmir batır (!). Keçirəm mətləbə — son dövrlər Qarabağ məsələsinin həlli, Rus millətçilərinin aktivləşməsi, İsrailin İrana hücumu və sair kimi xəbərlər çox aktualdır. Əslində bütün bu hadisələr bir-birinə bağlıdır. Necə?! Gəlin təhlil edək.
Rus İmperiyası süqut dövrünü yaşayır. Sosial haqsızlıqlar, demoqrafik fəlakət, rüşvət… Digər tərəfdən isə hələ də imperiyanı süqutdan xilas etmə cəhdləri. Rusiyanın mövcud siyasi elitasının apardığı hal-hazırki siyasət bunu nəzərdə tutur — nəyin bahasına olursa-olsun, Rusiyanın ömrünü uzatmaqdır.
Heç kimə sirr deyil ki, Rusiyanın süqutu Qafqazın itirilməsindən keçir. Məhz o səbəbdəndir ki, regionumuzda baş verən hadisələrə minimumdur müdaxilə etmə imkanımız var. Bu yaxınlarda Rusiyanın məşhur siyasi analitiklərindən biri Aleksandr Duqin Rusiyanın Qafqazı saxlama planını açıqlayıb — Rusiya süqutunu gecikdirmək üçün mütləq Qarabağ probleminin həll edilməsinə yol verməməlidir! Analitikin gəldiyi nəticəyə görə Qarabağ münaqişəsi həll edildikdə münaqişə tərəfləri avtomatik olaraq “Qərb yönümlü” olacaq, bu isə növbəti münaqişə zonasının Rusiya sərhərləri ətrafında deyil, Şimali Qafqaz torpaqlarında baş verməsinə gətirib çıxaracaq. Qafqaz xalqlarının çılğınlığını nəzərə alsaq, növbəti İçkeriya, İnquşetiya qaçılmazdır. Deməli bizim Qarabağı öz gücümüzə həll etməyimizə dair xülyaya bir quş — nə qədər ki, Rusiya mövcuddur, bu münaqişənin həlli mümkünsüz görünür, əlbət möcüzə olmasa.
Cənab Aleksandr Duqinin müsahibəsini təqdim edirəm:
Sual oluna bilinər, bəs Qərbin Rusiyanı dağıtmaqda məqsədi nədir?! İlk öncə Rusiyanın sahib olduğu tükənməz təbii ehtiyyatlar. Digər bir versiyanı isə həmyerlimiz və Rusiyanın çox tanınmış siyasi mülahizəçilərindən biri Heydər Camal səsləndirir — Rusiyanın dağılması əslində İsrailin marağındadır.
İş ondadır ki, İsrail dövləti hal-hazırda böyük dövlətlərin dotasiyaları hesabına mövcudiyyatını davam etdirir. Amma Qərb iqtisadiyyatının zəifləməsi ilə bu dotasiyaların da həcmi azalmaqdadır. Bu azmış kimi, İkinci Dünya müharibəsinin nəticələrinə əsasən imzalanmış və Almaniyanı hər il İsrailə külli miqdarda pul ödəməyə məcbur edən sövdələşmənin də müddəti bitməkdədir. İsrail xarici dotasiyasız, köməksiz çox yaşaya bilməz. Burada isə növbəti plan işə düşür — yahudilərin Rusiyaya kütləvi köçü.
Məhz yuxarıda sadaladığım səbəbdən qaynaqlaraq hal-hazırda Rusiyada millətçilik ifrat həddə çatıb. Məqsəb — Qafqazın Rusiyadan ayrılmasına nail olub, qalan Rusiyanı bölüb rahatca orada yerləşməkdir. Niyə məhz qafqazlıları?! Çünki çılğın xarakterli bu etnosu (millətləri) idarə etmək qeyri mümkündür — onların nazı ilə oynamaqdansa, buraxırlar onları baş-başa, qoy müharibələrini etsinlər, özləri isə Rusiya ərazisində unutar, ambisiyasız İsveçrə sayağı dövlət yaradırlar.
Cənab Heydər Camalın müsahibəsi:
Camal bəyin sözlərinə qüvvət — Rusiyada fəaliyyətdə olan demək olar ki, bütün millətçi qüvvəllərin başçıları yəhudi əsillidir və ya İsrail vətəndaşlığı var. Məhz bu qlobal planın tərkib hissəsi kimi bu yaxınlarda növbəti yəhudi — Rusiyanın məşhur siyasi tok-şou aparıcılarından biri Solovyevin Azərbaycana qarşı təhqiramiz sözlər istifadə edib, millətçiliyi qabardıb, guya rus xalqı adından danışmasını qeyd etmək olar.
Solovyev erməni və yəhudi əsilli AvtoVAZ rəhbərliyinin Azərbaycana buraxılmamasına dair fikir bildirib, xalqımızı iqrçilərə və faşizmə xas sözlərlə təhqir edib. Əminəm ki, onun özünə bu tip sözlər deyilsəydi, çoxdan o adamı antisemit adlandırıb basmışdılar türməyə…
Yəhudi Solovyevun radioda irqçi çıxışı. Axıra kimi dinləyin:
Camalın sözünə qüvvət isə yəhudi rahibindən gəldi. Rahibin sözünə görə — sən demə indiki Rusiya qədim yəhudi torpaqlarıdr! (Ermənilərin yeri məlum) =)
Gördüyünüz kimi Rusiyada bütün irqçi, millətçi çıxışların arxasında yəhudi millətindən olan insanlar dayanır. Yəhudilərin isə böyük Sion layihəsindən yəqin xəbəriniz var. Artıq Sion gerçəkləşməkdədir — bütöv dövlətlər ya bir iki qruplaşmanın girovuna çevrilir, ya da zorla ələ keçirilir — təsəvvür edin o boyda İspaniya, Portuqaliya, Yunanıstan iqtisadiyyatının 95% xarici və ölkəyə heç bir aidiyyatı olmayan investorlara məxsusdur! İqtisadiyyatı ələ keçiriləcək növbəti ölkə İtaliyadır. Təsmilçi oyuna ehtiraz edənlər isə həmən “demokratik” kütləvi informasiya vasitələri vasitəsilə xalq düşməni elan edib, məhv edirlər. Bu halda zorla ölkəni ələ keçirmə prosesi baş verir. Bunun şahidi — Əfqanıstan, İraq, Liviya hadisələrində olduq. Növbədə Suriya və İrandır.
Digər tərəfdən bu proseslərə sırf Azərbaycan maraqlarından yanaşdıqda — bu olayların bizə xeyri də dəyə bilər — Rusiya dağıldığı halda ölkədə demokratik qüvvələr hakimiyyətə gəlir, Qarabağ münaqişəsini həll etmək şansımız yaranır, Türkiyə geopolitik məkanda daha da güclənir. İnşallah xeyirlisi.
Qəbələyə çatar-çatmaz hava tam döndü. Avqust ayı olmasına baxmayaraq, hava birdən ifrat soyudu — 10 dərəcə maksimum isti olardı. Bir tərəfdən də yağış yağmağa başladı + duman. Bir sözlə yayın cırcıramasından dərhal qışa düşdük. Qəbələyə gedib Qəbələnd-ə dəyməmək isə günah olardı. Biz də ənənəyə sadiq qalıb, havanın şıltaqlığını boşa verib, yollandıq müasir attraksionlara sarı.
Qəbələndin adı qabağlar Qafqaz İstirahət Mərkəzi idi (ya da buna oxşar bir şey), rəmzi də əvvəl dağlar idi, indi isə Kinder sürprizdən çıxmış Dinozavr.
Dino qabağdan və daldan. =)
Qəbələnd-də (elə Qəbələ rayonunun özündə də) ideal təmizlik hökm sürür.
Fikirli meymun (arxadan)
Vətənpərvər karusel
Qəbələ təkcə Qəbələndin vətəni deyil, Qəbələ həmçinin qədim Qafqaz Albaniyasının paytaxtı olub, odur ki o qədim şəhərin axtarışına çıxdıq. Sən demə o qədim şəhərin xarabalıqları bizim dövrə kimi kifayyət qədər salamat şəkildə qorunub (təbiət sağolsun) saxlanılıb və Çuxur Qəbələ adı altında mövcudiyyətini davam etdirir. Beləliklə, yola düşdük Çuxur Qəbələyə. Bakıdakı digər çuxur — Qaraçuxurdan fərqli olaraq, Çuxur Qəbələyə ideal asfaltlanmış yol aparır. Çatdıq. Qədim şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunan 12 hektarlıq təpənin üstündə yerləşdiyindən ora maşınla qalxmaq alınmadı, yer həddən artıq sürüşkən idi. Bir qid tutub, piyada qalxdıq təpəyə.
Təsadüf elə gətirdi ki, gəlib arxeoloji qazıntıların düz üstünə çıxdıq. Sən demə, hər 1-2 ildən bir burada kiçik arxeoloji qazıntılar aparılır. Səbəbini soruşdum — dedilər ki, bəs bu qazıntılar əslində elm üçün deyil, turist axını üçün aparılır. Biraz qazılır — turistlər gəlib baxırlar, sonra qışda qazıntıları su yuyub aparır, gələn yay mövsümündə isə yeni bir yeri qazırlar. Azərbaycan sayağı analoqu olmayan arxeoloji qazıntılar buna deyərlər. =)
Qədim şəhərin qədim qala divarları
Qala divarlarında gizli keçid. Deyilənə görə düşmən şəhəri məhz bu keçidlərin köməyi ilə ram edə bilib.
Ümumilikdə — Qəbələ istirahət üçün gözəl yerdir. Amma mən burada 2 gündən çox qala bilmirəm. Darıxıram. O səbəbdən də yolumuza davam edirik. Növbə Şəkinindir.
Bu gün Musavat.com saytında belə maraqlı bir yazıya rast gəldim — FALÇI İMAMİRƏNİN VƏZİFƏLİ MÜŞTƏRİLƏRİNİN SİYAHISI ƏLİMİZDƏ. Yalan ya doğru — məqalədən belə nəticəyə gəlinir ki, ölkədə vüsət alan uğurlu-uğursuz strateji-qeyri strateji layihələr hansısa falçının xeyir duası ilə keçirilir. Özü də tək falçının duası ilə olsa idi dərd yarı — burda hələ “müqəddəs” ruhun da əli var. Təsəvvür edirsiz?! =)
Bu videonu bu gün gördüm. Özünü elitar xalq elan edib sinəsinə döyən, digərlərinə yuxarıdan-aşağı baxan, şovinizmdə boğulan bir xalqın nümayəndələri görün Türkiyədə özlərini necə aparırlar. Özü də bir arağa görə! Budur bunların mədəniyyəti?!
Hadisə isə belə olub — Rus turistlərinin həddən artıq arağ qəbul etdiyini görən türk barmenlər onlara bir daha arağ süzməkdən imtina edirlər. Rus xanımın reaksiyası isə özünü gözlətmir, axı onun hava-suyunun qarşısı alınıb. =)
“Məni öldürə bilməzsiniz, çünki yaşadığım yerə çətin əliniz çata — insan qəlbləri sizlər üçün qapalıdır. Fiziki olaraq məhv etsəniz belə, bilin, mən milyonların qəlbində əbədi yaşayacam!” Polkovnik Qəddafi. 13 May, 2011-ci il.
Polkovnik artıq fiziki olaraq məhv edildi. Deyilənə görə, indi onun meyitini Misurata supermarketlərinin birində ət-toyuq üçün nəzərdə tutulan soyuducuda (!) saxlayıb, gələn-gedənə göstərib, öyünürlər. Bambılılar… Açığı, mən son video-görüntülərə kimi diktator Qəddafiyə qarşı çox böyük antipatiyam var idi. Amma bu barbarlığı, kütlənin küt vəhşiliyini görüb, dəhşətə gəldim. Bu insanlara bəyəm demokratiya yaraşır?! Yox. Bunlar nə bilir axı demokratiya nədir, 100% əminəm ki, birazdan başlayacaqlar bir-birlərinin də ətini yeməyə. Belə kütlə ilə Liviyada vətəndaş, qəbilələr arası müharibələr qaçılmazdır.
Ən acınacaqlısı isə vəhşilikləriт “Allahu Əkbər” sədası altında edilməsidir — Allahı nə qədər ucuz tuturlar… Belə kadrlardan sonra sivil dünyada Allahı şeytana bərabər tutsalar təəcüblənməyin. Neoquldarlıq planının yaradıcılarına da elə bu lazımdır — xalqları, dindarları bir-birlərinə qarşı daha da aqressivləşdirib, bölmək — belə idarə etmək daha da asandır.
Baş verən olaylarla bağlı keyfiyyətli video görüntüləri tapıb, bir çarxa birləşdirdim, izləyin. Qəddafi ailəsi nə qədər qəddar belə olsa, bu hərəkətləri edənlər, onlardan artıq deyillər…
***
Aprel ayında işıq üzü görmüş bu rus çarxında isə Qəddafinin alçaldıcı (digərlərinə dərs olsun deyə) şəkildə öldürüləcəyi iddia olunur. İddia reallığa çevrildi.
***
Rusiya siyasətinin ən hörmət etdiyim simalarından biri — Maksim Şevçenko Qəddafinin ölümü və onun səbəblərini şərh edir.
***
Bu isə kremlin qeyri-rəsmi klounu Jirinovskinin Liviyadakı situasiyaya dair hələ Mart ayında verdiyi proqnozlardır. Demək olar ki, bütün dedikləri təsdiqini tapdı. Həqiqətən, müsəlman ölkələrini hələ çox bəlalar gözləyir…
Müstəqilik. Sözsüz ki, bu danılmaz bir nemətdir. Dövlətimiz, sevimli bayrağımız var. Bir gerbimizdən xoşum gəlmir (primitiv olduğundan), amma ona da canımız qurban. Yaxşı, bəs bu populist arzulardan başqa müstəqillik bizə nə verdi?!
Ən böyük nailiyyət:
Müstəqillik bizə öz ana dilimizi, dinimizi anlatıb, türk əslimizi dərk etməyə yol açdı.
Digər nailiyyətlər isə:
Müstəqillik danışıq leksikonumuza “siyasi məhbuslar”, QHT, “yırtıcı müxalifət”, “deskruktiv” və ən əsası “analoqu olmayan” kimi möhtəşəm sözlər gətirdi;
Müstəqillik bizə Siyavuş Novruzov, Zahid Oruc, Balıq Hafiz kimi qərəzsiz siyasətçilər bəxş etdi;
Müstəqillik həm də bizə ANS, Yeni Müsavat vasitəsilə “əsl” vətənpərvərliyi öyrətdi;
Müstəqilliyimiz millətimizə yeni dəb — hacı olub, o adın arxasında gizlənib, istənilən çirkin işi görmək şəraiti yaratdı.
Məhz müstəqilliyimizin sayəsində indi Bakı küçələrində Bentley, Rolls-Royse kimi bahalı brend maşınlarını GÖRÜB, vətənimiz üçün ürək dolu fərəh keçirə bilirik;
Müstəqilliyimiz təhsilimizin, səhiyyəmizin səviyyəsini dünya liderləri sırasına çıxardı. Əbəs yerə hər 4 mininci vətəndaşımız professor deyil ki…
Müstəqilliyimiz bizə 1 milyon qaçqın, erməniyə isə torpaqlarımızın təslim olunmasını bəxş etdi;
Müstəqillik bizə Eurovision qalibiyyəti sevincini, bayrağımızın tərs tutulduqda isə məyusluq hissini yaşatdı;
Müstəqillik bizə özümüzü Avropanın bir hissəsi olmağı hiss etdirdi. İndi bəziləri mini yubka geyməyən qıza bir-təhər baxırlar;
Müstəqillik maşınlarımıza AZ işarəli nömrələr, saytlarımıza .AZ üst domen adı bəxş etdi;
Müstəqilliyimiz yalan danışıb, şərləyib, üzə durmaqla çox asan karyera qurmağın yollarını aşkar etdi;
Müstəqillik bizə kompleksləşmiş gənclik və onun fəsadları olan avtoş və psevtotolerantlıq hərəkatlarını bəxş etdi;
Müstəqilliyimiz həmçinin manıslar üçün də düşərli oldu. İndi bir toya 5-10 minə gedirlər;
Müstəqilliyimiz bizə körpülər, yollar bəxş etdi. O yolları ki, qeyri müstəqillik dövrünün qalıqları olan bəzi qurumlar qazıb-doğramaqla məşğuldur;
Müstəqillik Bakımızın 1.000.000 dəfə kiçildilmiş Dubai-a bənzədilməsinə yol açdı;
Müstəqillik bizə yeni nəslin nailiyyətlərindən olan Flashmobun düşük formalarının şahidi etdi;
Müstəqilliyimizin ən böyük bəxşişlərindən biri də — TV-lərdə maqazin verilişləridir. Əsasən də evdar xanımlarımızın qəlbinə yol tapan Dilarə kimi aparıcıların bəxş edilməsini qeyd etmək istəyirəm;
Müstəqillik həmçinin bizi əsrin neft kontraktlarından gələn böyük pulların ŞAHİDİ etdi, yalnız şahidi…;
Müstəqilliyimiz bizə regionda ən şişirdilmiş qiymətlərin nə olduğunu başa saldı;
Müstəqilliyimiz əksər dünyanın artıq 4G-ə keçdiyi vaxtda, bizim öndə gedən operatorlarımızın hələ də 3G həsrəti ilə alışıb-yanmasına yol açdı;
Müstəqilliyimiz dövlətin təməlini qoyan insanların adlarına, abidələrinə biganə yanaşılmasını adiləşdirdi;
Və sonda… “Müstəqillik gününün” qeyri-iş günü olmaması dünya tarixinə qızıl hərflərlə yazıldı…
20 il çox qısa bir zamandır. Azərbaycan indi sanki bir körpə tək addımlayır. Görək axırı necə olacaq… İnşallah hələ uğurlarımız qabaqdadır.
Nokia-nın başına daş — nəhəng şirkət gözümüzün önündə əriməyə davam edir, ümidi bir Microsoft-du, o da tutar qatıq, tutmaz Nokianın sonu. Axirət dünyasına qədəmini basmağa hazırlaşan şirkət öz rəsmi “himnini” dəyişmək qərarı verdi. Himn deyərkən Nokia telefonlarında alışdığımız Nokia Tune melodiyasını nəzərdə tuturam. Bunun üçün əməlli başlı sayt da açdılar, istənilən adam yaratdığı kompozisiyasını ora yükləyib, səsvermədə iştirak edə bilərdi.
Səs vermə bitdi. Yüzlərlə maraqlı kompozisiya içində bəlkə deyərdim ən zövqsüz birini seçib (kütləvi internet səsverməsinə rəğmən!) qalib elan etdilər. Qalib kompozisiya Nokia Tune Dubstep Edition adlanır. O cəmi 1394 səs toplayıb (708-ci yer). Halbuki, 39494 səs toplamış təkliflər də var idi.
Mənim favoritim isə Progressive Nokia adlanırdı. Çox gözəl, müasir ritmli və ən əsası səviyyəli bir kompozisiya idi. O 13233 səs toplayıb (12-cü yer), amma Nokia başbilənləri qalibiyyəti ona deyil, dediyim kimi 1394 səs toplayan mənasızlığa verdilər. Nokia-nın gələcəyini elə bu yenilik aydın göstərir…
Bu günlərdə Yeni Müsavat saytında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun təklifi haqda bir məqalə oxudum. Məqalədə diqqətimi cəkən təklifin məğzi yox, təklifdə yer alan qısa statistik məlumat idi. Sitat — Ali təhsil müəssisələrində elm daha sürətlə inkişaf etdiyindən, elm sahəsinin də Təhsil Nazirliyinin kurasiyasına verilməsi məsələsi ortaya çıxır! Azərbaycanda 1800 elmlər doktoru və professor var. Bunların 1200-dən çoxu ali təhsil müəssisələrində, 500 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında, qalan hissəsi isə hökumət qurumlarında çalışır.
Hə, deməli 1800 elmlər doktoru, professorumuz var, bizim də xəbərimiz yoxdur. Bu əhali sayına nisbətdə analoqu olmayan göstəricidir! Belə ki, sitat gətirilən statistikaya inansaq 8 milyonluq ölkəmizdə hər 4 min insandan biri sən demə professor imiş. Misal üçün inkişaf etmiş 127 milyonluq Yaponiyada son statistik məlumatlara görə cəmi 4 min professor var. Bu ölkə əhalisinə nisbətdə 40 min adama bir professor deməkdir. Pah atonan, sən bir inkişafa bax e — Yaponiyanı 10 dəfə geridə qoymuşuq! Professorlar ölkəsi! Əhsən!
PS. Bu qədər elmlər doktoru, professor ordusunun əksər üzvləri nə ilə məşğuldur, yəqin tək bir Allah bilir.
Çoxdandır yalnız siyasi mövzularda yazıram. Özüm də bezdim. “Donquli” ənənəyə sadiq olaraq, Youtube videolarını mütamadiləşdirəcəm. Başlayaq. =)
Deyəsən Siyasi kloun Sarkozini yerində oturmayan adam qalmadı, amma zalım yenə də səviyyəsiz adətindən əl çəkmir. Quyuya su tökməklə dolmaz deyiblər, bu da onun kimi bir şeydir. Növbəti dəfə məşhur klounu Türkiyə Cümhuriyyətinin baş Naziri, əsl natiq cənab Racep Tayyip Erdoğan yerində oturtdu. Növbəti və növbəti dəfə…
Daha bir möhtəşəm müraciət. Bu dəfə Mr.Freemandan Rusiya prezidenti Medvedevə. Əvvəlki yazılarda qeyd etdiyim, Medvedevin kini üzə çıxmaqdadır. Dedim guya siyasət olmayacaq, ha. =)
Bu videonu gördükdə, videoda bəhs edən şəkli çəkən qaqaşın (deyəsən yapondur) əl qabiliyyətinə valeh oldum. Çox harika.
Etiraf etmək lazımdır ki, xarici ölkələrdə qarşılaşdığımız aeroportlarla müqayisədə müasir Bakı Aeroportu kiçik bir əyalət aeroportunu xatırladır. Amma tezliklə bu stereotipə son qoyulacaq — yeni aeroport gəlir! Bir bəzi mədəniyyətsiz personalı da dəyişsələr, dərdimiz olmaz.
Gizli kamera. İnsanlar işə düzəlmək üçün müsahibəyə gəliblər. “SekretUtka” girir müdirin otağına. Elə bu vaxt onun əri gəlir, özü də tapança ilə. Müsahibəyə gəlmiş insanların bu olaya reaksiyası çox maraqlıdır. =)