Bu gün Musavat.com saytında belə maraqlı bir yazıya rast gəldim — FALÇI İMAMİRƏNİN VƏZİFƏLİ MÜŞTƏRİLƏRİNİN SİYAHISI ƏLİMİZDƏ. Yalan ya doğru — məqalədən belə nəticəyə gəlinir ki, ölkədə vüsət alan uğurlu-uğursuz strateji-qeyri strateji layihələr hansısa falçının xeyir duası ilə keçirilir. Özü də tək falçının duası ilə olsa idi dərd yarı — burda hələ “müqəddəs” ruhun da əli var. Təsəvvür edirsiz?! =)
Şərqin Karl Marksı, “Yaşıl Kitabın” yaradıcısı, təkəbbürlük və qəddarlıqda analoqu olmayan, rus və onların davamçılarının sevimlisi, afrikalı diktator Qəddafi öldürüldü. Biri dedi onu “deşikdən” tapıb öldürdülər, digəri — maşın konvoyunu NATO bombalayanda öldü… Əsas isə nəticədir. Dünyanın ən məşhur polkovniki artıq o biri dünyaya xoş qədəmləri ilə ayaq basıb. Ona rəhmət düşüb-düşməməyin bilmirəm, amma yenə də Allah rəhmət etsin — bəşəriyyətə əmanət edib getdiyi həyat yolu və sonluğu qoy bir çoxlarına örnək olsun!
Hələ də bu qısa çarxın təsiri altındayam. Çox təsir edici və daşı belə kövrəldəcək bir çarxdır… Qərar verdim Azərbaycan dilinə lokalizasiya edim, kütləyə çatdıraq. Dostlardan xahiş edirəm, mütləq bu çarxı paylşın!
Azərbaycanın ən qızmar bölgəsində yerləşməsinə baxmayaraq, İmişli rayonu daim öz yaşıllıqları seçilib. Bütün rayon boyu əkilən çox saylı ağaclar küçələrə az da olsa gözəllik verirdi, baxımsızlıq eybini örtürdü. İndi isə rayon bundan da məhrum olub — küçələr boyu bütün çinar, söyüd və digər ağaclar “darama” adı altında kəsilib-doğranıb. Nəticədə rayon küçələri kölgə üzünə həsrət qalan Nigeriyanın ən baxımsız bölgələrini xatırladır. Qarşıdan isə yay gəlir…
Gənclərin aksiyası ilə bağlı çox sözlər deyildi, qınayan da oldu, dəstəkləyən də. Bunları qoyduq kənara. Diqqətimi çəkən isə gənc və perspektivli fotoreportyor Arif Əliyevin qeydə aldığı foto-görüntülər oldu.
Şəkillərə böyük həcmdə baxmaq üçün üstündə mouse-u tıklayın.
Sözsüz rubrikasın lap unutmuşam. Günahkar keyfiyyətsizlikdə analoqu olmayan “Rosko” kolbasalarıdır. Bir neçə gün bundan öncə səhv edib alıb dadına baxdım, hələ də ürək bulanmam keçməyib. Dəhşətli keyfiyyətsiz bir şeydir. Nəsə, keçək mövzuya. Misir. Sözsüz…
Qonşu yazıda da qeyd etdiyim kimi, bu günlərdə Aran zonasında oldum. Orada olarkən qeydə aldığım çoxsaylı şəkillərdən bir neçəsi ilə bölüşürəm. Sözsüz rubrikası.
Şəkillərə böyük həcmdə baxmaq üçün üzərinə tıklayın.
Sarısu gölünün ətrafı. Günün batması.
Şirvan. Yerli yumor.
İmişli. Qoyunların koteclərə həsrət dolu baxışları.